logo

İranda daha 127 nəfər koronavirusdan ölüb

17:13 09-09-2020 | icon 3339
İranda daha 127 nəfər koronavirusdan ölüb

Son sutka ərzində İranda 2 min 313 nəfər koronavirusa yoluxub, 127 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd edilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 393 min 425 nəfər, ölənlərin sayı isə 22 min 669-a çatıb.

Müalicəsi davam edən 3 min 735 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 339 min 111 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələdə qırmızı zonaya daxildir.