logo

Bakı polisi: Etiraz aksiyasında 25 nəfər iştirak edib

16:29 09-09-2020 | icon 3178
Bakı polisi: Etiraz aksiyasında 25 nəfər iştirak edib

Bakı şəhər Baş Polis İdarəsi Səbail rayonu ərazisində bir neçə nəfərin icazəsiz aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı məlumat yayıb.

İdarədənYeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Qanunsuz küçə yürüşünə cəhdin qarşısı ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar. Saxlanılan və ya həbs edilən olmayıb.