logo

Bakının mərkəzində "Tofiq Yaqubluya azadlıq!"  etiraz aksiyası

15:45 09-09-2020 | icon 1757
Bakının mərkəzində "Tofiq Yaqubluya azadlıq!"  etiraz aksiyası

Bu saatlarda Bakının mərkəzində, Fəvvarələr meydanı yaxınlığında  Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilir.

YeniAvropa xəbər verir ki, onlarla insanın iştirak etdiyi aksiya Sol Gənclər Təşkilatı tərəfindən təşkil edilib.

Əraziyə çoxlu polis qüvvələri cəlb edilib. DİN-dən bildirilib ki, polis aksiyanın bir neçə iştirakçısını saxlayıb.

Saxlananlar arasında ictimai fəal Bəxtiyar Hacıyev  də olub. O, özü bu barədə sosial şəbəkədə məlumat paylaşıb. Qeyd edib ki, onu Səbail rayon Polis İdarəsinə aparırlar.