logo

Ramiz Mehdiyevlə Əli Həsənovun daha bir vəzifəsi əllərindən alınır

14:31 09-09-2020 | icon 2520
Ramiz Mehdiyevlə Əli Həsənovun daha bir vəzifəsi əllərindən alınır

 

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyası 6 kafedrada vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib. 

 

YeniAvropa xəbər verir ki, həmin kafedralar aşağıdaklardır:

Politologya  və siyasi idarəetmə               - kafedra müdiri

Dövlət qulluğu və kadr siyasəti                 - kafedra müdiri

Beynəlxalq münasibətlər və xarici siyasət   -kafedra müdiri

Dövlət idarəetməsi  və menecment            -kafedra müdiri

Fəlsəfə və sosial psixologiya                       -kafedra müdiri

Dillər                                                        -kafedra müdiri

 

Müsabiqədə bu istiqamətlər üzrə elmlər doktoru  və fəlsəfə doktoru  elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Xatırladaq ki,elandakı iki kafedranın rəhbəri ölkənin məşhur simalarıdır.Bunlardan biri Prezident Admninistrasiyasının (PA) sabiq rəhbəri, akademik, AMEA-nın prezidenti Ramiz Mehdiyev, digəri isə professor, prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdur.

R. Mehdiyev “Dövlət qulluğu və kadr siyasəti”, Ə. Həsənov isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiridir.

Ə. Həsənov 2000-ci ildən, R. Mehdiyev isə 1990-ci illərdən kafedra müdiri vəzifəsini tutur.

Bir çoxları bunun təsadüf olmadığını, hakimiyyətin “gözündən düşmüş” həmin şəxslərlə tam “üzülüşmə” prosesinin tərkib hissə olduğunu bildirirlər. Bu baxımdan, hər iki şəxsin təkrar kafedra müdirləri seçilməsi və ya namizədliklərini yenidən irəli sürməsi müşkül məsələ kimi görünür.