logo

Prezident dövlət qurumuna 3,8 milyon manat ayırdı

12:49 09-09-2020 | icon 2632
Prezident dövlət qurumuna 3,8 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 9-da  "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon (üç milyon səkkiz yüz altmış altı min) manat ayrılıb.