logo

Ramiz Mehdiyev əlində qalan son 3 vəzifəni nə vaxt itirəcək?

18:47 08-09-2020 | icon 5138
Ramiz Mehdiyev əlində qalan son 3 vəzifəni nə vaxt itirəcək?

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu itirdikdən sonra daha iki vəzifəsinə əlvida deməli olub. Bunlardan biri Korrupsiyaya Qarşı Mübarizə Komissiyası digəri isə, bu gün prezidentin imzaladığı sərəncamdan sonra vidalaşdığı  Əfv Məsələləri Komissiyasının sədri vəzifələri idi.  

YeniAvropa xəbər verir ki, hazırda Ramiz Mehdiyev 3 vəzifə daşıyır. O, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Təhlükəsizlik Şurasının üzvü və Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir.

Akademiyanın rəsmi veb-səhifəsində qeyd edilib ki, kafedra yarandığı vaxtdan onun rəhbəri Ramiz Mehdiyev olub. 

Avqustun 18-də karantin rejimini pozaraq nəvəsinin toyu ilə bağlı qalmaqaldan sonra Ramiz Mehdiyevin görünməmiş səviyyədə tənqidə məruz qalması onun artıq hakimiyyət komandasında arzuolunmaz şəxs olduğu barədə qənaət yaradıb.

Bu baxımdan ehtimal olunur ki, AMEA prezidenti tezliklə digər iki postu da itirə bilər. Onun hətta AMEA-nın rəhbəri postundan uzaqlaşdırılacağı da gözlənilir.