logo

Ermənistanın Ramil Səfərovla bağlı iddiası rədd edildi

18:11 08-09-2020 | icon 2709
Ermənistanın Ramil Səfərovla bağlı iddiası rədd edildi

Avropa İnsan Haqları Məhkəməsi(AİHM) Ermənistanın azərbaycanlı zabit Ramil Səfərovla bağlı iddiasını rədd edib.

YeniAvropa xəbər verir ki,  bu barədə AİHM-im saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilib ki, NATO təlimləri çərçivəsində Budapeştdə öldürülən erməni zabiti Gurgen Markaryanın babası Samvel Minosyanın və Hayk Mukuçyanın iddiası təmin edilməyib.
Məhkəmə Gurgen Markaryanın qətlini Ramil Səfərovun şəxsi hərəkəti kimi qiymətləndirib və bu səbəbdən də hadisənin Azərbaycan dövləti ilə əlaqəli olması barədə iddiaları rədd edib.