logo

İlham Əliyev Ramiz Mehdiyevi daha bir vəzifədən azad etdi

17:31 08-09-2020 | icon 2611
İlham Əliyev Ramiz Mehdiyevi daha bir vəzifədən azad etdi

Prezident İlham Əliyev sentyabrın 8-də “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Komissiyanın tərkibi aşağıdakı şəkildə təsdiq edilib:

Komissiyanın sədri: Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri: 

1.Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

2.Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

3.Fikrət Məmmədov - ədliyyə naziri

4.Vilayət Eyvazov - daxili işlər naziri

5.Əli Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

6.Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

7.Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

8.Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

9.Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini

10.Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

11.Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

12.Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

13. Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

14.Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

15.Bəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəri

16.Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru

Komissiyanın katibi:

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”

Xatırladaq ki, bu günədək  Əfv Komissiyasının sədri Ramiz Mehdiyev idi. Bundan əlavə, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Uktaynadkı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisinin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllimi) Komissiyanın tərkibində yer almayıblar.