logo

İranda daha 132 nəfər koronavirusdan ölüb

13:31 08-09-2020 | icon 2436
İranda daha 132 nəfər koronavirusdan ölüb

Ötən sutka ərzində İranda 2 min 302 nəfər koronavirusa yoluxub, 132 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Xəbərdə bildirlib ki, indiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 391 min 112 nəfər, ölənlərin sayı isə 22 min 542-yə çatıb.

Müalicəsi davam edən 3 min 713 xəstənin vəziyyəti ağır olaraq qalır.

Bununla yanaşı 337 min 414 nəfər sağalaraq evə buraxılıb.