logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

22:52 07-09-2020 | icon 2849
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 7-nə olan statistik göstəriciləri açıqlayıb.

 YeniAvropa xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 3936 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 967 040 test aparılıb. Onlardan 37 418-nin cavabı pozitiv çıxıb. İndiyədək 551 nəfər COVID-19-dan dünyasını dəyişib, 34 837 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2030 nəfərdir. 139 nəfər reanimasiyada, 12 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 89 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 132 pasiyent sağalıb.