logo

Əli Həsənovun mülklərinin siyahısı yayıldı

16:54 07-09-2020 | icon 2912
Əli Həsənovun mülklərinin siyahısı yayıldı

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun sərvətinin siyahısı yayılıb.

 YeniAvropa xəbər verir ki, siyahını mühacir araşdırmaçı jurnalist Həbib Müntəzir yayıb. Həmin siyahını təqdim edirik:

1. Bakı şəhərində “Dostluq V” yaşayış kompleksi (7 blok, 18 mərtəbə)

2. Bakı şəhərində “Evrostroy SS” yaşayış kompleksi – 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks

3. Bakı şəhərində “Rahatlığın məkanı– Gold" yaşayış kompleksi- 25 blok

4. Bakı şəhərində "Araz 2011" yaşayış kompleksi

5. Bakı şəhərində H.Əliyev prospektində 6 bloklu yaşayış kompleksi

6. Bakı şəhərinin Nərimanov rayonunda, Çanaqqala restoranı ilə üz-üzə 5 bloklu bina

7. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində “Araz” İnşaat tərəfindən tikilən yaşayış kompleksi

Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar:

1.Nərimanov rayonunda Ağa Nemətulla küçəsində 5 ədəd qeyri-yaşayış sahəsi. Hər biri 3-5 min m2

2. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası

3. Ziya Bünyadov prospektində 31 ədəd qeyri-yaşayış sahəsi (Beton zavod, mağazalar və s.)

4. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 3 futbol stadionu

5. Nərimanov rayonu İqtisad Universiteti ilə üz-üzə 10 000 m2 ərazisi olan Avto-Qalereya

6. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt (Hilal Elektrik binası və yanındakı 3 bina)

7. Nərimanov rayonu, Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi

8. Azadlıq prospektində inşa edilmiş otel binası

Restoranlar:

 1. Fəvvarələr meydanında Cook Zone restoranı

2. Park Bulvar və Metroparkda "Big Chef" və fast food restoranlar şəbəkəsi

3. Nərimanov rayonu, Atatürk parkında "Park" restoranı

4. Nərimanov rayonu, Atatürk parkında "Beer House" restoranı

5. Nərimanov rayonu, Atatürk parkında "Garden" restoranı

6. Nərimanov rayonu, Həsən Əliyev küçəsinin Q.Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və Gecə klubu kompleksi

7. Nərimanov rayonunda yerləşən Hamam Kompleksi

8. Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksionları

Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər:

1. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 000 m2 qeyri-yaşayış sahəsi

2. Nərimanov rayonu, Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil (Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar)

Villalar:

 1. Əhməd Rəcəbli küçəsində Hilal Elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa

2. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr (Qiyməti 25 milyon ABŞ dolları)

3. Şamaxıda 4 ədəd villa

4. Novxanıda 2 ədəd villa

5. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 6 ədəd villa

Digər obyektlər:

1. Zavod - İstanbulda "Mercedes" markalı yük maşınları istehsal edən zavod (dəyəri 120 milyon ABŞ dolları)

2. Kənd təsərrüfatı - Ramanıda 10 ha ərazidə, 1000 baş heyvanın saxlandığı ferma

3. Gecə klubu - Nərimanov rayonunda "Las Vegas" gecə klubu

4. Nərimanov rayonda 30 ədəd ticarət köşkü və avtoyuma

5. Nərimanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi