logo

Azərbaycan XİN-də bir ailədən 3 diplomat: iki səfir, bir rəis müavini

16:11 07-09-2020 | icon 2779
Azərbaycan XİN-də bir ailədən 3 diplomat: iki səfir, bir rəis müavini

Azərbaycanda elə ailələr var ki, bir neçə üzvü eyni sahədə çalışır, yüksək səlahiyyət sahibidirlər və kifayət qədər də məşhurdurlar.

 YeniAvropa xəbər verir ki, onlardan biri  Nəcəfovlar ailəsidir. Bu ailənin 3 oğlu diplomatiya sahəsində sürətlə irəliləyirlər

Qardaşlardan ən böyüyü Hüseyn Nizami oğlu Nəcəfovdur. O,  Azərbaycanın Rumıniyada səfiri vəzifəsində şalışır. O, 1985-1992 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, ixtisasca tarixçidir. Müxtəqillik illərində yenidən Moskvaya gedərək Rusiya Diplomatik Akademiyasında kurs keçib.

O, 1995-1998–ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin rəisi olub. 2015-ci ildə Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində baş konsulu təyin olunub. 2018-ci ildən isə Azərbaycanın Rumıniyada səfiri postunu tutur.

Digər qardaş Murad Nizami oğlu Nəcəfbəyli isə Azərbaycanın Estoniyada səfiridir. O, bundan əvvəl Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri olub. O da digər qardaşı kimi ali və akademik təhsilini Rusiyada alıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Ücüncü qardaş isə Eldar Nizami oğlu Nəcəfovdur. Eldar Azərbaycan Xarici İşlər Nazirliyində  Avrasiya ölkələri üzrə idarənin rəis müavinidir.