logo

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

15:57 07-09-2020 | icon 2709
İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Prezident İlham Əliyev Şimali Makedoniya prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah diləyirəm."