logo

“Neftçi”–“Qalatasaray” oyununu şotlandiyalı hakimlər idarə edəcək

12:31 07-09-2020 | icon 5824
“Neftçi”–“Qalatasaray” oyununu şotlandiyalı hakimlər idarə edəcək

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.

YeniAvropa xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektoru isə Sokol Jaresi (Albaniya) olacaq.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.