logo

"AZAL" Türkiyəyə səfər edənlərə müraciət etdi

12:11 07-09-2020 | icon 3094
"AZAL" Türkiyəyə səfər edənlərə müraciət etdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyəyə səfər edən sərnişinlərə müraciət edib.

"AZAL"dan YeniAvropa-ya bildirilib ki, Türkiyəyə giriş qaydalarına əsasən, Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən başlayaraq ən az 180 gün müddətində etibarlı olmalıdır.

Müraciətdə "AZAL"ın xüsusi reysləri ilə İstanbula səyahət edən sərnişinlərə pasportlarının müddətini bir daha yoxlamaq tövsiyə olunur.