logo

Tofiq Yaqublu apelyasiya şikayəti verdi

11:30 07-09-2020 | icon 4767
Tofiq Yaqublu apelyasiya şikayəti verdi

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc  "Facebook" hesabında status paylaşıb : "Ona qarşı olan bütün ittihamların götürüıməsini və qısa zamanda azadlığına qovuşmasını tələb edirəm!".  

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

Tofiq Yaqublu isə ittihamları qəbul etmir və həbsin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir..