logo

Bu gün Milli Məclisin payız sessiyasında ilk iclası keçiriləcək

11:09 07-09-2020 | icon 3080
Bu gün Milli Məclisin payız sessiyasında ilk iclası keçiriləcək

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində ilk komitə iclası keçirilcək.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli məlumat verib.

Deputat qeyd edib ki, iclasda Elm və təhsil komitəsinin payız sessiyası üçün gündəliyi müzakirə olunacaq.

Onun sözlərinə görə, həmçinin bir sıra qanunlara əlvə və düzəlişlər nəzərdə tutulub."Bunların sırasında Elm və təhsil komitəsinin payız sessiyası üçün prioriteti "Ali məktəb haqqında” qanun layihəsinin qəbul edilməsidir. Qanun layihəsinin hazırlanmasına M hələ illi Məclisin beşinci çağırışında başlanılmışdı. Ancaq o sənəd başlanğıc mərhələdə idi. Yəqin ki, bundan sonra həmin qanun layihəsi əsaslı şəkildə yenilənəcək. Bu, bizim üzərimizə düşən vəzifədir”,-deyə İsa Həbibbəyli "Oxu.az"a bildirib.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.