logo

Avropa çempionatı seçmə mərhələsi: Azərbaycan Fransaya qarşı

10:10 07-09-2020 | icon 5418
Avropa çempionatı seçmə mərhələsi: Azərbaycan Fransaya qarşı

Bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Fransa ilə qarşılaşacaq.

YeniAvropa xəbər verir ki,  Milan Obradoviçin baş məşqçisi olduğu komanda Sumqayıtdakı "Kapital Bank Arena" stadionunda Fransa seçməsini qəbul edəcək. Matç saat 21:00-da başlayacaq. Oyunu türkiyəli hakim Halis Özkahya idarə edəcək. Görüş yığmanın 2020-ci ildə ilk sınağı olacaq.

Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 6 oyundan sonra 6 xalla 3-cü pillədə yer alır. Beş görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşıb. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edir.