logo

Türkiyədə daha 53 nəfər koronavirusdan dünyasını dəyişib

20:37 06-09-2020 | icon 3269
Türkiyədə daha 53 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölüm halları artmaqdadır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə  Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirlib ki, indiyədək  ölkədə 279 min 876 nəfərdə xəstəlik aşkarlanıb. Onlardan 6 min 673-ü vəfat edib.

Sentyabrın 6-da Türkiyədə 96 min 842 nəfər koronavirus testindən keçirilib. Onlardan 1578-də xəstəlik aşkarlanıb.

Sutka ərzində 1013 nəfər sağalıb, 53 xəstə dünyasını dəyişib.