Fəzail Ağamalı Mehdiyevin kürəkəni barədə: "Qayınatasının hesabına yaşayan ünsür, antipod, parazit..."
Karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib.
YeniAvropa xəbər verir ki, sabir deputat açıqlamasında , bir çox şəxsləri tənqid edib, bəzi jurnalistləri isə cəzalandıracağı ilə hədələyib. İ.Əliyev deputat Fəzail Ağamalı haqqında isə “xırda ünsür” ifadəsini işlədib. O, R.Mehdiyevi tənqid edən bir çox şəxsləri də bu cür adlandırıb.
Öz növbəsində millət vəkili Fəzail Ağamalı "musavat.com"a açıqlamasında bildirib ki, kürəkən cənab prezidentdən bağışlanması xahişini məlum toyla bağlı məlumatlar KİV-də gedən zaman etməli idi:
“O, atmış olduğu addıma və törətmiş olduğu cinayətə görə dövlətdən, xalqdan üzr istəyər, bağışlanmasını rica edərdi. Amma bunu etmədi. Çünki qayınatası kimi hikkəlidir, içərisi kin-küdurətlə doludur. Ondan aldığı tərbiyə ilə hər kəsi aşağılamağı həyat tərzi seçib. Mənim və daha 5-6 nəfərin də adını çəkərək, bizi ünsür adlandırır. Şüurlu həyatımı Azərbaycan xalqının istiqlalına, dövlətçiliyinə həsr edən Azərbaycan vətəndaşıyam. Milyonlardan biri kimi dövlətimə, xalqıma xidməti özümə şərəf bilirəm. Tərcümeyi-halım şəffafdır. Övladlarımın damarında türk qanı axır. Tərtəmizdir. Həm ana, həm ata tərəfdən. Onun övladlarının damarında isə millətə düşmən ermənilərin qanı axır. Öncə bu haqda düşünüb, sonra danışsın”.
Müsahib qeyd edib ki, yaradılmış şəraitdən istifadə edib, minlərlə insanın hüququnu pozan, malikanəsini alan R.Mehdiyev və kürəkəni xalqın böyük təpkisinə və haqlı tənqidinə tuş gəlib. “Bunu mən etmədim, xalqımıza da bu çağırışı mən söyləmədim” deyən deputatın sözlərinə görə, əksinə, bir neçə il bundan qabaq müşahidələri əsasında qələmə aldığı bir yazısında ölkədəki korrupsiya və rüşvətxorluq sistemi barədə yazmışdı:
“Orda yazdığım arqumentlər lakonik şəkildə R.Mehdiyevin 4 məqaləsində və kürəkəninin dediklərində öz əksini tapır. Bunlar sanki xalqdan üstündülər. Xalq bunların bütün hikkələrinə, baş əyməlidir. “Doğru edirsiz” deyib, onların şan-şöhrət içində yaşamasına, qanunların tapdamasına göz yummalıdır. İnsanların çoxu sosial şəbəkədə R.Mehdiyevin portretini cızdı. Onun yaratdığı haqsızlıqlara uğramış insanlar efirə çıxıb, danışdılar. Bütün bunlar R.Mehdiyevin əməlləridir. Kürəkəni də bu gün ondan öyrəndiklərini ortaya qoyub”.
F.Ağamalı kürəkən İ.Əliyevin ona “xırda ünsür” deməsinə də münasibət bildirdi:“Dediyi söz ona daha çox yaraşır. O, daha çox xırda ünsürdür. Qayınatasının kölgəsində yaşayan ünsür, antipotdur. O, sağalmaz xəstəliyə düçar olan parazitdir. Görün bu adamın harınlığı və idarəolunmazlığı hansı səviyyədədir ki, onun haqqında düz və ya səhv məlumat yazan saytı öz adından cəzalandıracağını elan edir. Halbuki, deyə bilərdi ki, məhkəməyə müraciət edəcəm, hüquq çərçivəsində sözümü deyəcəm. Amma deyir, məhz özüm cəzalandıracam. Baxın, harınlığın və idarəolunmazlığın daha bir göstəricisi. Görünür ki, bu cür insanların törətdiyi cinayətlər araşdırılmalıdır, onların ayrı-ayrı vətəndaşların ixtiyarında olan mülkləri mənimsəməsinə hüquqi müstəvidə qiymət verilməlidir. Bu cür harın insanlar, Azərbaycan xalqının və dövlətinin hesabına parazitcəsinə milyonlar qazananlar Azərbaycan cəmiyyətindən, ictimai mühitindən uzaqlaşdırılaraq, qanun qarşısında layiqli və hüquqi cavablarını almalıdır”.
Deputat sonra R.Mehdiyevin kürəkəninə daha bir mesaj verdi. Bildirdi ki, onun R.Mehdiyevin kürəkəni ilə heç bir davası yoxdur: “Mənim davam Ramiz Mehdiyevlədir. Bu davam millətin bu günü və gələcəyi, milli dövlətçiliyimizin əbədi yaşarlığı üçün aparılan davadır”.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub