logo

Mehdiyevin kürəkəni toy görüntüləri üçün Aysel Əlizadəni ittiham etdi

12:44 06-09-2020 | icon 6426
Mehdiyevin kürəkəni toy görüntüləri üçün Aysel Əlizadəni ittiham etdi

Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

YeniAvropa xəbər verir ki, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı açıqlama verib və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı, Azərbaycanın "Evrovision-2010" təmsilçisi Aysel Əlizadəni(Adıgözəlzadə) ittiham edib:

"Flarmoniyanın direktoru Murad Adıgözəlovun həyat yoldaşı Aysel qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır".