logo

Ramiz Mehdiyevin kürəkəni azadlıqda

11:10 06-09-2020 | icon 2597
Ramiz Mehdiyevin kürəkəni azadlıqda

AMEA prezidenti Ramiz Mehdiyevin həbs edilən kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev azadlığa çıxıblar.

YeniAvropa xəbər verir ki, onlar inzibati qaydada barələrində verilən 15 gün həbs cəzasını başa vurublar.

Xatırladaq ki, Abşeron rayon Məhkəməsi karantin qaydalarını pozaraq avqustun 18-də qapalı məkanda övladlarına toy edən qudalar-İlham Əliyev və Rövşən Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilmiş və hər ikisinə 15 sutkalıq inzibati həbs vermişdi.

0-30