logo

Azərbaycan Gürcüstandakı  parlament seçkilərini izləməyə dəvət aldı

10:54 06-09-2020 | icon 3339
Azərbaycan Gürcüstandakı  parlament seçkilərini izləməyə dəvət aldı

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 31-də keçiriləcək parlament seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara müşahidəçilər göndərilməsi ilə bağlı müraciət edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan XİN-i məlumat yayıb.

Bildirilir ki, seçkilərin keçirilməsi ilə əlaqədar rəsmi tarix elan olunandan sonra beynəlxalq müşahidəçilərin göndərilməsi ilə bağlı, ümumilikdə, 50 ölkəyə dəvət göndərilib.

Dəvət məktubları Avropa İttifaqı, NATO, GUAM təşkilatına üzv olan Ukrayna, Azərbaycan, Moldova, həmçinin tərəfdaş ölkələrlə yanaşı, beynəlxalq təşkilatlara da təqdim olunub.

Məktublarla yanaşı, pandemiya dövründə beynəlxalq müşahidəçilərin Gürcüstan ərazisinə daxil olması ilə bağlı xüsusi protokollar da göndərilib.