logo

Azərbaycanda  daha 161 nəfər koronavirusa yoluxdu,  2 nəfər öldü

16:50 05-09-2020 | icon 3647
Azərbaycanda  daha 161 nəfər koronavirusa yoluxdu,  2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 161 yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirlib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib. Aktiv xəstə sayı 2082 nəfərdir.

Ötən müddət ərzində 956 min 492 test aparılıb. Bugünkü test sayı isə 7179-dur.