logo

3-cü "Jurnalis binas"ı nə vaxt təhvil veriləcək?-Qurumdan açıqlama

12:21 05-09-2020 | icon 3577
3-cü "Jurnalis binas"ı nə vaxt təhvil veriləcək?-Qurumdan açıqlama

Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə, demək olar ki, hazırdır.

YeniAvropa xəbər verir ki,jurnalistlər Milli Mətbuat günündə evlərin veriləcəyini düşünürdülər, amma belə olmadı. Bu səbəbdən də media nümayəndələrinin bina ilə bağlı müzakirələri səngimək bitmir. Bəziləri mənzillərin verilməsi şərtlərinin dəyişdirildiyini düşünür. “Jurnalist binası”nın açılış mərasiminin dekabr ayında olacağını bildirənlər də var. Hər kəsi “mənzillər nə zaman və hansı şərtlərlə veriləcək” sualı maraqlandırır ki, bununla bağlı hələ ki, cavab verilməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat katibi İlkin Nadirov isə “Yeni Müsavat”a açıqlamasında binanın təhvil verilməsi ilə bağlı hər hansı yeniliyin olmadığını dedi: “Bu il verilib-verilməyəcək, bilinmir. Mediada çox yazırlar evlər sentyabrda, noyabrda veriləcək. Bizim əlimizdə olan informasiya odur ki, bununla bağlı qərar yoxdur. Bir xəbər olarsa, mütləq paylaşılıcaq”.

Qurum sözçüsü mənzillərin verilməsi ilə bağlı yeni şərtlərin olub-olmaması məsələsinə də münasibət bildirdi: “Bununla bağlı hər hansı tapşırıq olsa mütləq ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.