logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqlayıb

22:17 04-09-2020 | icon 3311
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb. 

YeniAvropa xəbər verir ki, məlumata əsasən hazırda ölkədə pandemiya xəstəxanalarının reanimasiya şöbələrində 135 nəfər müalicə alır. Xəstələrdən 16-sı süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı isə 2069 nəfərdir.