logo

Prezident fərmanla dövlət reyestrindən istifadə haqqını azaltdı

18:58 04-09-2020 | icon 3339
Prezident fərmanla dövlət reyestrindən istifadə haqqını azaltdı

Prezident İLham Əliyev sentyabrın 4-də  “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 24 may tarixli 1420 nömrəli və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Fərmanla yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 10 manatdan 6 manata endirilib.

Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 6 manatdan 2 manata, axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənən hesabatın verilməsi üçün məbləğ isə 6 manatdan bir manata endirilib.