logo

Tarif Şurası avtobuslarda gediş haqqının 50 qəpik olmasına aydınlıq gətirdi

15:55 04-09-2020 | icon 7490
Tarif Şurası avtobuslarda gediş haqqının 50 qəpik olmasına aydınlıq gətirdi

"Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır". 

 YeniAvropa xəbər verir ki, bu barədə Tarif (Qiymət) Şurasının açıqlamasında bildirilir. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib. Hazırda Tarif (qiymət) Şurasında bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.

Xatırladaq ki, Tarif (Qiymət) Şurasının 30.07.2018-ci il tarixli qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.