logo

İranda koronavirusdan daha 118 nəfər ölüb

13:55 04-09-2020 | icon 4102
İranda koronavirusdan daha 118 nəfər ölüb

Son sutka ərzində İranda 2 min 26 nəfər koronavirusa yoluxub, 118 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd edilib ki,  yoluxanların ümumi sayı 382 min 772 nəfər, ölənlərin sayı isə 22 min 44-ə çatıb.

Müalicəsi davam edən 3 mindən çox adamın vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 330 min 308 nəfər sağalaraq evə buraxılıb.