logo

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olundu

11:59 04-09-2020 | icon 1995
Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olundu

Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, həmin şəxslərdən 123-ü Azərbaycan vətəndaşıdır: "Digər şəxslər isə Azərbaycanda yaşamaq hüququ olan əcnəbilərdir. Onlardan 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır".

Xatırladaq ki, bu günə qədər Gürcüstandan Azərbaycana 2379 nəfər təxliyə edilib. Onlardan 1299-u Azərbaycan, 1037 nəfər Gürcüstan, 43 nəfər isə digər ölkə vətəndaşlarıdır.