logo

Sentyabrın 14-dən metronun açılacağı gözlənilir

11:10 04-09-2020 | icon 1827
Sentyabrın 14-dən metronun açılacağı gözlənilir

Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bunula bağlı Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır.

Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında hazırda bu məsələ ilə bağlı konkret qərarın olmadığını qeyd edib.