logo

İlham Əliyevin xaricii işlər nazirinə yeni müavin təyin etdi

20:57 03-09-2020 | icon 2576
İlham Əliyevin xaricii işlər nazirinə yeni müavin təyin etdi

Prezident İlham Əliyevin sərəncamı ilə Nadir Hüseynov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirlib. Qeyd edilib ki, xarici işlər naziri Ceyhun bayramovun əmri ilə  N.Hüseynov xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.

Prezident İlham Əliyevin imzaladığı digər  bir sərəncamla Fariz Rzayev xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bu təyinadək Fariz Rzayev Azərbaycanın birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb.

 
Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında eyni ixtisas üzrə magistr təhsili alıb.
 
2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.
 
F.Rzayev 3 iyun 2013-cü ildə Təhsil Nazirliyinin Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir təyin edilib. 2017-ci ilin yanvar ayında Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat alıb. Həmin il Birinci vitse-prezidentin Katibliyinin rəis müavini təyin olunub.