logo

Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqlinə başlanılıb-TEST

19:51 03-09-2020 | icon 3766
Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqlinə başlanılıb-TEST

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya test rejimində nəqlinə başlanılıb.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi bildirilib.