logo

Azərbaycanda daha 167 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

19:20 03-09-2020 | icon 3528
Azərbaycanda daha 167 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 167 yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 36 min 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib. Aktiv xəstə sayı 2094 nəfərdir.

Ötən müddət ərzində 942 min 265 test aparılıb. Bugünkü test sayı isə 6869-dur.