“Azercell”in dəstəyi ilə hazırlıq keçən məktəblilər bürünc medala layiq görülüblər
Ölkədə təhsilin inkişafına qatqısını əsirgəməyən “Azercell Telekom”un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər.
YeniAvropa xəbər verir ki, Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal qazanıblar.
Qeyd edək ki, məktəblilərin İnformatika fənni üzrə beynəlxalq olimpiadaya hazırlığı bilavasitə “Azercell” şirkətinin iştirakı ilə baş tutub. M.Eynizadə və Ə.Hüseynov Asiya Pasifik İnformatika Olimpiadasına hazırlıq mərhələsində “Azercell”in dəstəyilə təşkil olunan məşğələlərə qatılıblar.
Kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu beynəlxalq yarışlardan hesab olunan APIO 2007-ci ildən etibarən keçirilir. Bu il yarışmada 33 ölkədən 200-dən çox şagird iştirak edib. Beynəlxalq İnformatika Olimpiadası formatındakı müsabiqə bu dəfə onlayn olaraq İndoneziya hökuməti tərəfindən təşkil olunub. APIO yarışmasında Asiya və Sakit Okeanın qərb regionundan olan ölkələrin nümayəndələri iştirak edirlər.
Daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənən “Azercell Telekom” neçə illərdir ki, digər nüfuzlu yarışma - Beynəlxalq İnformatika Olimpiadasına qatılan azərbaycanlı şagirdləri də dəstəkləyir. Ötən il Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında “Azercell” Rəqəmsal Sponsor qismində təmsil olunaraq iştirakçıları mobil internetlə təmin edib. Şirkət 2017-ci ildən etibarən AR Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara elmi potensiallarını inkişaf etdirməsinə yardım göstərir.
Qeyd edək ki, “Azercell” ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsi işinə dəstəyini əsirgəmir. “Azercell” şirkəti informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkarlanması, onların dəstəklənməsi, ümumilikdə informasiya-texnologiyaları sahəsində təhsilin inkişafı ilə bağlı layihələr üzrə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq