logo

Əli Həsənovun xanımının qəzeti fəaliyyətinə son verib

17:13 03-09-2020 | icon 2569
Əli Həsənovun xanımının qəzeti fəaliyyətinə son verib

Təqribən 20 ilə yaxın müddətdə gündəlik nəşr olunan “Kaspi” qəzeti fəaliyyəti dayandırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə qəzetin əməkdaşları sosial şəbəkədə məlumat paylaşıblar. 

Xatırladaq ki, “Kaspi” qəzetinin təsisçisi Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Azərbaycan və rus dillərində nəşr olunan "Kaspi" qəzetində 50 nəfər rəsm , bir o qədər də qonorarla çalışan jurnalist  işləyib.