logo

Əfqanıstan Azərbaycana yeni səfir təyin edib

16:29 03-09-2020 | icon 2604
Əfqanıstan Azərbaycana yeni səfir təyin edib

Əfqanıstanın Azərbaycandakı yeni səfirinin kimliyi bəlli olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Azərbaycandakı diplomatik missiyaya Amanulla Ceyhun rəhbərlik edəcək.  

O, yeni təyinatınadək Əfqanıstanın xarici siyasət idarəsində departament rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2018-ci ildən etibarən Əfqanıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinə səfir Xayrullah Spelenay rəhbərlik edirdi.