Paşinyanın xanımından Azərbaycana qarşı daha bir təxribat - Fotolar
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
YeniAvropa xəbər verir ki, Akopyan “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçib. Bununla da Ermənistan hakimiyyəti ölkəmizə qarşı növbəti dəfə təxribat edib.
Heç təəccüblü deyil ki, Ermənistanın hökumət başçısının xanımı bu dəfə də Paşinyanın əsas təbliğat ruporu kimi çıxış edib. Qadınlar üçün təlim qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun zabitləri tərəfindən aparılıb. Təlim toplantısı zamanı iştirakçıların “Qarabağ Müdafiə Ordusu”nun ön xəttini ziyarət etdikləri, qondarma rejimin “Prezident”i Arayik Arutyunyanla görüşdüyü bildirilib.
Qəribəsi odur ki, dünya ictimaiyyəti A. Akopyanın antimilitarist çıxışlarını hələ Paşinyan hakimiyyətinin ilk illərində də müşahidə etmişdi. O, 2018-ci ildə Ermənistan və Rusiyadan olan bir sıra tanınmış qadınlarla birlikdə qoşunların təmas xəttində əlində gül dəstəsiylə peyda olaraq guya sülh tərəfdarı olduğuna eyham vurmuşdu.
Ermənistan hökumətinin qadınları da silahlandırması bir daha düşmən ordusundakı problemləri açıq-aşkar ortaya qoyur. Hətta ötən gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada da deyilirdi ki, Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi düşmən ordusundakı çatışmazlıqları göstərir. Belə ki, bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə, 70 yaşadək olan ahıl insanları belə silahlandırılmağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib