logo

Məzahir Pənahovu kim əvəzləyəcək?

15:49 03-09-2020 | icon 2639
Məzahir Pənahovu kim əvəzləyəcək?

Milli Məclisin payız sessiyasında Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq. 

 YeniAvropa xəbər verir ki, MSK-nın hazırkı tərkibinin müddəti payızda başa çatır. eyd edək ki, MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən təyin edilir.

Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Məlumata görə, bu dəfə MSK-nın sədri Məzahir Pənahov da əvəzlənə bilər. O, artıq 20 ildir ki, quruma sədrlik edir. 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da "yenisabah.az"a bildirib ki, hazırkı tərkibin müddəti payızda başa çatır və Milli Məclisin payız sessiyasında bu məsələyə baxıla bilər.