logo

Binəli Yıldırım və xanımı koronavirusa yoluxdu

14:57 03-09-2020 | icon 3304
Binəli Yıldırım və xanımı koronavirusa yoluxdu

Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırım yeni növ koronavirusa yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Binəli Yıldırım sosial şəbəkədə status paylaşıb.

Məlumatda qeyd edilir ki, bu gün səhər saatlarından etibarən ümumi sağlamlıq vəziyyəti qeyri qənaətbəxş olan B.Yıldırım Ankara şəhər xəstəxanasında COVID-19 testindən keçirilib.

Test nəticələri müsbət olan B.Yılıdırım hazırda vəziyyətinin qənaətbəxş olduğunu və evində karantinə alındığını bildirib.

B.Yıldırımın həyat yoldaşında da COVID-19 aşkarlanıb.