logo

Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu, ölənlərin sayı isə 867 min nəfəri ötüb

14:38 03-09-2020 | icon 3290
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu, ölənlərin sayı isə 867 min nəfəri ötüb

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 26 milyon nəfəri ötüb.

YeniAvropa  pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, sentyabrın 2-də dünyada 286 min 378 nəfər koronavirus infeksiyasına yoluxub, 6 min 316 nəfər isə dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 26 milyon 194 min yoluxma və 867 min 607 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 18 milyon 455 min 738 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 870 min 659 xəstədən 60 min 613 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 290 min 737 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 4 milyon 1422 nəfər. Hindistanda 3 milyon 853 min 406 nəfər, Rusiyada 1 milyon 9 min 995 nəfər, Peruda 663 min 437 nəfər, Kolumbiyada isə 633 min 339 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də liderdir – 189 min 964 nəfər. İlk beşliyə daxil olan Braziliyada 123 min 899, Hindistanda 67 min 486, Meksikada 65 min 816, Birləşmiş Krallıqda isə 41 min 514 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 4,49 faizdir.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.