logo

Gələn il dövlət büdcəsindən COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

14:28 03-09-2020 | icon 3241
Gələn il dövlət büdcəsindən COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

Azərbaycan 2021-ci il dövlət büdcəsindən COVID-19-la mübarizəyə 600 milyon manat vəsait ayıracaq.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.

Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.