logo

“Hyundai” Milli Məclisin yanında Qəbələ sakinin vurub öldürdü

13:41 03-09-2020 | icon 2569
“Hyundai” Milli Məclisin yanında Qəbələ sakinin vurub öldürdü

Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Səbail rayonunun Parlament prospektində yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.