logo

Arvadını baltalayan ər tutuldu

12:29 03-09-2020 | icon 1918
Arvadını baltalayan ər tutuldu

Sentyabrın 2-də saat 08 radələrində Sabirabad rayonunun Qardaşkənd kənd sakini 1979-cu il təvəllüdlü Təranə Məmmədovanın çoxsaylı balta zərbələri vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

 YeniAvropa xəbər verir ki, Sabirabad rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış istintaqla zərərçəkmişin əri Eyvaz Məmmədovun birlikdə yaşadıqları evin yaxınlığında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirməklə Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Eyvaz Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.