logo

Milli Məslisdən  "uşaq pulu"  məsələsinə aydınlıq gətirildi

19:20 02-09-2020 | icon 2464
Milli Məslisdən  "uşaq pulu"  məsələsinə aydınlıq gətirildi

Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında “uşaq pulu” məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb.

YeniAvropa xəbər verir ki, məlumastda qeyd olunub ki, guya bir müddət əvvəl Milli Məclisin sədri Sahibə Qafarova “uşaq pulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib.

Məsələ ilə əlaqədar Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda bildirilir ki, ictimaiyyətə təqdim edilən həmin məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.