logo

İranda daha 125 nəfər koronavirusdan ölüb

18:50 02-09-2020 | icon 1057
İranda daha 125 nəfər koronavirusdan ölüb

İranda son sutka ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilib. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında məlumat verib. O, nəzərə çatdırıb ki, son 24 saat ərzində ölkədə 1 858 nəfər virusa yoluxub, 125 nəfər isə ölüb.

S.Sadat Larinin sözlərinə görə, beləliklə indiyədək İranda koronavirusdan ölənlərin sayı 21 797 nəfərə çatıb.

"İranda koronavirusa yoluxanların sayı ümumilikdə 378 752 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 693 nəfərin isə vəziyyəti ağırdır. Ölkədə indiyədək 326 801 nəfər koronavirusdan sağalıb", -deyə mətbuat katibi vurğulayıb.