logo

Qazaxıstandan daha 24 soydaşımız vətənə yola salınıb

16:46 02-09-2020 | icon 1078
Qazaxıstandan daha 24 soydaşımız vətənə yola salınıb

COVID-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış daha 24 vətəndaşımız ölkəmizə təxliyə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı baş konsulluğundan məlumat verilib. Bildirilib ki,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” (17 nəfər) “Professor Gül” ( 6 nəfər) və “Dağıstan” (1 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Qeyd edək ki, bu günədək baş konsulluq vasitəsilə Aktaudan ümumilikdə 523 vətəndaşımız gəmi ilə ölkəmizə təxliyə olunub.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.