logo

Elmar Vəliyevin sökdürdüyü bazar yenidən tikilir 

12:25 02-09-2020 | icon 2688
Elmar Vəliyevin sökdürdüyü bazar yenidən tikilir 

Gəncə şəhəri İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin vaxtı ilə sökdürdüyü bazar yenidən tikilir.

YeniAvropa xəbər verir ki, şəhərin ən qədim bazarlarından olan və el arasında "Kolxoz Bazarı" kimi tanınan ərazidə yeni ticarət obyekti tikilir.

Şəhər sakinlərinin məlumatına görə artıq ərazidə tikinti işlərinə başlanılıb. Yeni bazarın bir hissəsi bu ilin sonuna istifadəyə veriləcəyi deyilir. Obyektin tam gücü ilə fəaliyyətə başlaması isə gələn il mümkün olacaq.

Qeyd edək ki, Elmar Vəliyevin fəaliyyəti dönəmində Gəncə şəhərində uzun illər əhaliyə xidmət göstərən 3 bazar tamamilə sökülərək, orada çalşan işçilər icra başçısına məxsus olduğu iddia edilən "Grand Qafqaz" ticarət kompleksinə köçürülüb.