logo

Murad Dadaşov "Xəzər TV"dəki ixtisarlardan danışdı

20:55 01-09-2020 | icon 3304
Murad Dadaşov "Xəzər TV"dəki ixtisarlardan danışdı

Son günlər sosial şəbəkələrdə “Xəzər TV”nin əməkdaşlarının işdən azad olunması ilə bağlı məlumatlar yer almaqdadır.

YeniAvropa xəbər verir ki, doğrudur, bəzi aparıcılar öz istəkləri ilə işdən uzaqlaşdıqlarını etiraf etsələr də, digərləri ilə bağlı qaranlıq məsələlər hələ də qalmaqdadır. 

Məsələlı münasibət bildirən “Xəzər TV”-nin rəhbəri Murad Dadaşov "News24.az"a açıqlamasında son hadisələrin yaranma səbəblərini və nədən qaynaqlandığını belə izah edib: “Hazırda son məsələlərlə bağlı açıqlama vermək çətindir. Çünki bəzi məsələlər var ki, təsisçilərimizlə onları təsdiqləməliyik. Biz “Dalğa”nı inkişaf etdirmək istəyirik ki, gələcəkdə sevilən, seçilən bir kanal olsun. Bu baxımdan hətta bəzi verlişləri “Dalğa TV”-də yayımlamaq fikrindəyik. Hansı verilişlər gedəcək, hansılar qalacaq, bu, pandemiya və reklam bazarı ilə bağlı nüanslardır. Həmçinin, verilişlərin tərtibi məsələsində məlum səbəbdən tamaşaçıları dəvət edə bilmirik. Zaur Kamal və digər aparıcılar öz fəaliyyətlərini davam etdirirlər. Onlar işdən azad edilməyib və tamaşaçılar tərəfindən sevilən simalardır. Sadəcə olaraq həmin şəxslərlə bağlı “Xəzər” Televiziyasında yeni layihələr nəzərdə tutulub”.