logo

Əli Həsənov "Azərbaycan” nəşriyyatının ərazisini ailə biznesi üçün zəbt edib

19:49 01-09-2020 | icon 8561
Əli Həsənov "Azərbaycan” nəşriyyatının ərazisini ailə biznesi üçün zəbt edib

Prezidentin sabiq köməkçisi Əli Həsənov 2006-2007-cı illərdə "Azərbaycan” Nəşriyyatının ərazisini zəbt edərək özünə binalar tikdirib. 

YeniAvropa xəbər verir ki, Əli Həsənov Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman "Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərovdan həmin ərazini istəyib və sözügedən ərazidə ailə biznesini genişləndirmək məqsədilə bir neçə binalar inşa etdirib. Onlardan biri isə indiki Beynəlxalq Mətbuat Mərkəzidir. 

"Demokrat.az" məsələ ilə bağlı "Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrənib. 

A.Əsgərov Əli Həsənovun "Azərbaycan” Nəşriyyatının ərazisininin bir hissəsini zəbt etməsini təsdiqləyib: "Məgər nəşriyyatın binası mənim dədəmin, babamındır ki, kiməsə verim? O vaxtı dövlət tərəfindən elə məsələhət olub və nəşriyyatın ərazisindən Əli Həsənova yer verilib. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Yenə deyirəm ki, onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur".

Ağabəy Əsgərov AMEA prezidenti Ramiz Mehdiyevin adamı olması barədə ittihamlara da cavab verib: "Mən dövlətçiliyə, ulu öndər Heydər Əliyevə və cənab prezident İlham Əliyevə xidmət etmişəm. Bu gün də onlara xidmət edirəm".